2025-12-08 10:00:26
Qəbələ Vandam Turizm Mərkəzi
BLT (Baku Lighting Systems) tərəfindən Qəbələ şəhərində inşa olunmaqda olan Vandam Turizm Mərkəzi layihəsi çərçivəsində bütün Elektrik Güclü Axın və Zəif Axın Sistemləri üzrə işlər icra edilməkdədir.
Layihə çərçivəsində aşağıdakı sistemlərin quraşdırılması və tətbiqi yüksək texniki standartlara uyğun şəkildə həyata keçirilir:
- Elektrik təchizatı sistemləri və mühəndislik infrastrukturu
- Kabel çəkilişi, kabel tavaları və enerji paylanma sistemləri
- Elektrik panolarının montajı və istismara verilməsi
- Daxili və xarici məkanlar üçün işıqlandırma həlləri
- CCTV video-müşahidə və təhlükəsizlik sistemləri
- Yanğın aşkarlama və yanğın siqnalizasiya sistemləri
- Interkom, kartlı keçid və səsləndirmə sistemləri
- Data və şəbəkə (network) infrastrukturu
BLT bu turizm kompleksi üzrə işlərini etibarlılıq, keyfiyyət və texniki peşəkarlıq prinsipləri əsasında davam etdirir və layihənin bütün mərhələlərinin uğurla tamamlanmasını hədəfləyir.
Təklif üçün formu doldur