BLT
Elektrik və zəif axın sistemləri sahəsində yüksək keyfiyyətli mühəndislik yanaşması ilə fəaliyyət göstərən ixtisaslaşmış şirkətdir. Hər bir layihədə texniki dəqiqlik, funksionallıq və uzunmüddətli etibarlılıq əsas prinsiplərimizdir.
Şirkətimiz hər bir layihəyə fərdi yanaşaraq, ilkin konsept mərhələsindən istismara verilməyədək bütün prosesləri planlı və sistemli şəkildə idarə edir. Təqdim etdiyimiz texniki həllər beynəlxalq standartlara, yerli normativlərə və real istismar tələblərinə uyğun şəkildə formalaşdırılır.
BLT komandası təcrübəli mühəndislər və texniki mütəxəssislərdən ibarət olub, layihələrin icrasında keyfiyyətə nəzarət, vaxtında təhvil və dayanıqlı nəticə prinsiplərini əsas tutur. Məqsədimiz yalnız sistemlərin qurulması deyil, təhlükəsiz, səmərəli və uzunömürlü mühəndislik həlləri yaratmaqdır.
ƏTRAFLI
Xidmətlərimiz
SATIŞ
BLT (Baku Lighting Systems) elektrik və zəif axın sistemləri üzrə layihə tələblərinə uyğun sertifikatlı və etibarlı məhsulların satışını həyata keçirir. Satış prosesində əsas məqsədimiz yalnız məhsul təqdim etmək deyil, layihəyə uyğun düzgün texniki həll formalaşdırmaqdır.
SERVİS XİDMƏTİ
BLT tərəfindən quraşdırılan və ya mövcud olan elektrik və zəif axın sistemləri üçün peşəkar servis və texniki dəstək xidmətləri göstərilir. Servis xidməti sistemlərin təhlükəsiz, stabil və fasiləsiz işləməsini təmin etmək məqsədi daşıyır.
Layihələr